пятница, 28 декабря 2012 г.

Sən ki mənim üçün çox darıxmışdın?

Sən ki mənim üçün çox darıxmışdın,
Hər mahnında məndim, şerində mən.
Başında şimşəktək vurub çaxmışdım,
Qasırğası səndin, buludları mən.

Sən ki mənim üçün çox darıxmışdın,
Zəhərtək qanında dolaşırdım mən?!
Özün də bilmədən mənə alışdın,
Alışqanın məndim, alışanım sən.

Sən mənimçün artıq darıxmasan da,
Mən sənlə oyanıb, sənlə yataram..
Real həyatına qoşulmasam da,
Mən xəyal dünyana qonaq olaram...

Комментариев нет:

Отправить комментарий