суббота, 29 декабря 2012 г.

YENİ İL



Budur yenə Yeni İl yaxınlaşır, əzizim,
Bu bayram da bir yerdə olmağımız imkansız.
Nə üçün görüşmədik biz səninlə əvvəldən,
Görüşümüz baş tutdu, heyif, tutdu zamansız.

Daha bir Yeni İli başa vuracam sənsiz,
Ürəyimdə arzular yağdıracağam sənə.
Diləyəcəm ki, bir gün, Yeni il axşamında,
Ürəyinmdən keçəni söyləyim gözlərinə.

Bir yerdə şərab içək, gözlərimiz nur  saçsın,
Rəqs edək həzin-həzin səninlə bütün gecə.
İstəyir arxamızca bütün dünya danışsın,
Təki sənlə Yeni İl qismətimə yazılsın.

Комментариев нет:

Отправить комментарий