Dünya malı heçdir mənim gözümdə.
Mən sevgi aşiqi oldum əzəldən.
Qızıl, para nədir məni cəlb edə,
Mən ilham alıram şerdən, qəzəldən.
Ruhum musiqidən dincini alır,
Cah-cəlal qurbanı olmadım, olmam.
Gözüm gözəllikdə təbiilik arar,
Həyatıma süniliyi qatmaram.
Saf sevgi vurğunu oldum əzəldən,
Başqa bir dünyanın sakiniyəm mən.
Necə, ana olmaz süni gözəldən,
Mal düşgününə dost olmayacaq məndən.
Mən sevgi aşiqi oldum əzəldən.
Qızıl, para nədir məni cəlb edə,
Mən ilham alıram şerdən, qəzəldən.
Ruhum musiqidən dincini alır,
Cah-cəlal qurbanı olmadım, olmam.
Gözüm gözəllikdə təbiilik arar,
Həyatıma süniliyi qatmaram.
Saf sevgi vurğunu oldum əzəldən,
Başqa bir dünyanın sakiniyəm mən.
Necə, ana olmaz süni gözəldən,
Mal düşgününə dost olmayacaq məndən.
Комментариев нет:
Отправить комментарий