пятница, 8 февраля 2013 г.

SƏN ONSUZ DA...


Sən onsuz da mənim olan deyilsən,
Mən niyə özümü belə üzürəm.
Yoxluğunla bir cür əzab verirsən,
Varlığına özüm zorla dözürəm.

Sən onsuz da mənim olan deyilsən,
Ağıl bilir, ruhum isə rədd edir.
Fikrim burax, əgər onu sevirsən,
Ruhum çağır, birgə olacaqsız-deyir.

Комментариев нет:

Отправить комментарий