Heç nə bildiyintək asan deyildir,
Ağıl qəlb davası bir ömür bitməz.
Sevgi dediyinsə sanki şerdir,
Hər musiqiyə, nota uyğun səslənməz.
Müttəhim özüməm, hakimim özüm,
Özüm öz cəzamı verirəm hər gün.
Sənə deyiləsi qalmayıb sözüm,
Boğazda ilişib qalıb kor düyün.
Bəs niyə hələ də yazıram sənə,
Sən ki, bir sözümlə dönən deyilsən.
Nələr yaşayıram yazaraq sənə,
Oxusan da bilib, duyan deyilsən.
Ağıl qəlb davası bir ömür bitməz.
Sevgi dediyinsə sanki şerdir,
Hər musiqiyə, nota uyğun səslənməz.
Müttəhim özüməm, hakimim özüm,
Özüm öz cəzamı verirəm hər gün.
Sənə deyiləsi qalmayıb sözüm,
Boğazda ilişib qalıb kor düyün.
Bəs niyə hələ də yazıram sənə,
Sən ki, bir sözümlə dönən deyilsən.
Nələr yaşayıram yazaraq sənə,
Oxusan da bilib, duyan deyilsən.
Afaq xanim kimin neler cekdiyini kimse bilmez.
ОтветитьУдалить